Komitə sədri: İnsanların rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet məsələlərdəndir

Baxılıb:202
Komitə sədri: İnsanların rifah halının yaxşılaşdırılması və məşğulluğunun artırılması prioritet məsələlərdəndir

İcra orqanlarının nəzdində şəhid ailələrinin və qazilərin problemləri ilə bağlı xüsusi bölmələr fəaliyyət göstərir, amma təəssüf ki, əksəriyyət insanların bundan xəbəri yoxdur. Bu da maarifləndirmə işinin zəif olmasından irəli gəlir.

AzTimes.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova sentyabrın 21-də, payız sessiyası çərçivəsində keçirilən ilk komitə iclasında söyləyib.

Komitə sədri insanların rifah halının yaxşılaşdırılmasının və onların məşğulluğunun artırılmasının dövlətimizin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bildirilib ki, ən çətin şəraitdə belə dövlətimiz dəstəyini əsirgəmir.

“Məşğulluğun artırılması məqsədilə dövlət qurumları və təşkilatlarla işləmək, kompleks fəaliyyət göstərmək lazımdır. Hər hansı bir məsələnin həllində əlaqəli işləmək daha səmərəlidir”, – deyə Hicran Hüseynova qeyd edib.


Abunəlik