Baş prokuror Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir – FOTO
Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.