Sabah bu rayonda qaz olmayacaq
SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar, 21.09.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İstehsalat Birliyindən Manset.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.