Deputat haqqında yayılan “feyk” məlumatla bağlı açıqlama YAYDI
Dünən axşam saatlarından etibarən sosial şəbəkələrdə mənim adımdan tamamilə həqiqəti əks etdirməyən, reallığa uyğun olmayan və heç bir fakta söykənməyən “feyk” xəbərlər dövriyyəyə buraxılıb.
Məqsəd aydındır. Sapı özümüzdən olan anti-milli qüvvələrin xaricdə olan uzantıları bu dəfə məni hədəf seçiblər. Onlar Azərbaycan üçün bu gərgin və məsuliyyətli bir zamanda cəmiyyətimiz üçün həsas və müqəddəs olan
şəhidlər mövzusu üzərindən siyasi divident qazanmağa, ölkədəki sabitliyə zərbə vurmağa çalışırlar. Bu isə heç bir əxlaq çərçivəsinə sığmır.
Əfsuslar olsun ki, bəzi izləyicilər informasiyanın həqiqətə uyğun olub olmadığını yoxlamadan, məsələyə münasibət bildirlər.
Bir daha bildirirəm ki, bu “feyk” xəbərdir, heç bir həqiqəti əks etdirmir və məqsədli olaraq tirajlanır.
Mənim millət vəkili kimi, xüsusilə şəhid ailələri və qazilərimizlə bağlı fəaliyyətim haqqında məlumat almaq istəyənlər mənim sosial şəbəkələrdəki hesablarıma müraciət edə bilərlər.
Onu da diqqətinizə çatdırıram ki, mənim oğlum 20 ilə yaxındır ki, hərbi xidmətdədir.
Millət vəkili Tamam Cəfərova/AzTimes.az/