Millət vəkili şəhidin yaxınlarını ziyarət etdi- FOTO

Baxılıb:299
Millət vəkili şəhidin yaxınlarını ziyarət etdi- FOTO

Ermənistan silahlı qüvvələrinin 12-13 sentyabr tarixində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan qəhrəmanlarımızdan biri də Qobustan rayonu,Sündü kəndində doğulub-böyüyən Vadim Qocayevdir. Atası Alik oğlunun nəşinin gətirilməsində iştirak etmək üçün Gəncədə olarkən, ürək tutmasından rəhmətə gedib.

Qobustan Rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədovla birlikdə Sündü kəndində olduq və ata-oğulun üç mərasimində iştirak etdik. Ailə üzvlərinə, yaxınlarına başsağlığı verdik.

Alik kişinin üç oğlu var və üçü də hərbiçidir.Hazırda bir oğlu əsgərdir, digəri isə Sərhəd Qoşunlarında çalışır.
Şəhidimiz Vadim Qocayev ailəli olub. Bir qız övladı var və həyat yoldaşı da hamilədir. Yaxın günlərdə bir övladı da dünyaya gələcək.

Allah şəhidlərimizə rəhmət eləsin! Ata oğlunu haqq dünyada da tək buraxmadı. Ata və oğul Qobustan rayonun Şəhidlər Xiyabanında yan-yana dəfn olunub.

Azğın düşməndən qisasımız alınıb və alınmağa da davam edir.

Allah Müzəffər Ordumuzu, Müzəffər Ali Baş Komandanımızı, Qəhrəmanlar yetişdirən Xalqımızı qorusun!
Millətimiz sağ olsun!
Vətənimiz var olsun!

Millət vəkili Tamam Cəfərova /AzTimes.az/


Abunəlik