Ermənistanda səfərbərlik elan ediləcək? – Paşinyan açıqladı

Baxılıb:156
Ermənistanda səfərbərlik elan ediləcək? – Paşinyan açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində səfərbərlik elan edilməsinə ehtiyac olmadığını deyib.

O  bu barədə hökumətin bu gün keçirilən iclasında bildirib.

Paşinyan çıxışına belə davam edib:

“Vəziyyət gərgin olaraq qalır və biz Ermənistanda hərbi vəziyyətin tətbiqinin məqsədəuyğunluğunu təhlükəsizlik şurası formatında müzakirə etdik. Qərara gəldik ki, buna ehtiyac yoxdur. Orduya cəlb olunmaq istəyənlər varsa, adi prosedurla könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilərlər”. 

BAKU.WS


Abunəlik