Türkiyədə zəlzələdə ölənlər arasında azərbaycanlı yoxdur – RƏSMİ
Türkiyədə – Elazığ və Malatyada baş vermiş dağıdıcı zəlzələdə ölənlər arasında azərbaycanlılar yoxdur.
Bu barədə AzTimes.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib:“Mütəmadi olaraq Türkiyənin aidiyyəti orqanlarıilə əlaqə saxlayırıq. Türkiyə Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, hələlik zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında həmvətənlərimiz yoxdur”.
AzTimes.az