Yoluxma arta bilər – İnfeksionistdən VACİB AÇIQLAMA

Baxılıb:160
Yoluxma arta bilər – İnfeksionistdən VACİB AÇIQLAMA

Havalar soyuduğundan insanlar daha çox qapalı məkanlara üz tuturlar. Bu zaman isə onlar arasında təmaslar artır, sosial məsafə isə gözlənilmir. Nəticədə virusun yayılması daha da asanlaşır.

İnfeksionist  Vasif Əliyev  açıqlamasında bildirib ki, payız fəsli bütün respirator infeksiyalar üçün də münbit şərait yaradır.

O həmçinin yeni dərs ilinin başlaması ilə yoluxma ehtimalının daha da arta biləcəyinə diqqət çəkib. İnfeksionist bildirib ki, təhsil ocaqlarında sıxlıq müşahidə olunacaq ki, bu zaman həm müəllim, həm də valideynlər diqqətli olmalıdırlar.

Vasif Əliyev onu da qeyd edib ki, payız-qış mövsümündə digər qrip infeksiyaları da aktivləşdiyindən covid-19-la payız qripini ayırmaq çətindir. Bu məqamda yalnız diaqnostik üsula müraciət etmək lazımdır.

Xəzər Xəbər


Abunəlik