Azərişıq müflis oldu?-Avtomobil mühərrikləri köhnələri ilə əvəz olunur

Baxılıb:696
Azərişıq müflis oldu?-Avtomobil mühərrikləri köhnələri ilə əvəz olunur

AzTimes.az saytı olaraq araşdırmalarımız nəticəsində maraqlı hadisə ilə qarşılaşmışıq. Azərişıq ASC-nin balansında olan Volsvagen Amarok picaplarının mühərrikləri sökülərək Mersedes dizel 3 mühərrikləri ilə əvəz olunur. 2000- ci illərin buraxılışı olan picaplara 90-cı illərin Mersedes mühərriki yerləşdirilir.Özu də bu proses qurumun qarajında yox, yol kənarında yerləşən sadə vətəndaşa məxsus sexdə həyata keçirilir Səbəb kimi mühərriklərin guya, hündürlüyə qalxarkən işləməmələri göstərilir. Hâlbuki, anlayışı olan hər kəs bilir ki, Mersedes mühərriki pikap mühərrikindən qat-qat zəifdir.(picap 175-180 at gücü olduğu halda Mersedes mühərriki 110 at gücünə malikdir) Məsələ ilə bağlı emalatxananın ustası ilə söhbət əsnasında o bizə bildirdi ki, qurum artıq altıncı avtomobildir ki, mühərrikini dəyişdirir. Məlum avtomobillərin mühərrikləri orta hesabla 10 min AZN civarında alına bilər. Mersedes mühərriki işə ucuzdur. Azərişıq ASC-nin büdcəsi o qədər cökübmü , büdcəsi boş qalıbmı ki, avtomobillərini yeni mühərriklə təhciz etməyə gücü çatmır? İkinci bir sual: Mühərriklərin dəyişilməsi ilə bağlı DYP hansı sənədləri verir? Ümumiyyətlə verirmi?( Bizə “heç bir kəsin ağlına yoxlanış gəlmir” cavabı verilib)


Əlavə olaraq qeyd edək ki, bu proseslər şəxsi sexdə gizlin şəkildə həyata keçirilir . Əraziyə daxil olan hər kəsdən burada belə avtomabillərin olduğu haqda heç kimə deyilməməsi xahiş olunur.
Məsələ ilə bağlı Azərişıq ASC və DYP nin mövqeyini işıqlandırmağa hazırıq.


Abunəlik