Azərbaycana məxsus hərbi təyyarə vuruldu? – RƏSMİ AÇIQLAMA
Ermənistan tərəfinin Basarkeçər rayonu istiqamətində Azərbaycana məxsus hərbi təyyarənin guya məhv edilməsi ilə bağlı yaydıqları məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.