Bağçaya bir yer üçün 30 nəfər müraciət edir – NAZİRLİK

Baxılıb:194
Bağçaya bir yer üçün 30 nəfər müraciət edir – NAZİRLİK

Bakı şəhəri üzrə 30 min yer qeydiyyata alınıb, amma bağçalarda boş yerlərin sayı 6 mindir.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti tədris ilində qrupların artırılması istiqamətində işlər aparılacaq:

“Bölgələrdə qruplar var, amma qeydiyyat yoxdur. Bir qrup üçün cəmi 5 nəfər qeydiyyatdan keçir. Bakıda 1 yer üçün 30 valideyn müraciət edir”, – nazirlik rəsmisi bildirib.

modern.az


Abunəlik