Prokurorluqdan veteranın intiharı barədə MƏLUMAT
Ucar rayonunda ikinci qrup əlil özünü yandırıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, sentyabrın 4-də rayonun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkərlərdə onun 1-ci Qarabağ müharibəsi qazisi oldugu bildirilir.