Deputat yüksək bal toplayan abituriyenlə görüşdü- FOTOLAR

Baxılıb:231
Deputat yüksək bal toplayan abituriyenlə görüşdü- FOTOLAR


 
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova 2 sentyabr 2022-ci il tarixində  Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında cari ildə buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək I ixtisas  qrupu üzrə 679,5 bal toplayan Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin məzunu Əmirova Nailə Azər qızını və onun valideyinlərini qəbul edib. Görüş zamanı Milli Məclisin deputatı Hicran Hüseynova ali məktəbə yüksək balla qəbul olan N.Əmirovaya akademik biliklərlə yanaşı, yüksək intellektə, dünyagörüşə, sosial bacarıqlara, iş təcrübəsinə yiyələnməsini tövsiyə edərək, əldə etdiyi uğur münasibəti ilə təbrik edib, gələcək həyatında uğurlar, təhsilində müvəffəqiyyətlər arzulayıb.
Tələbə adını qazanmış hər bir gəncə gələcək təhsilində uğurlar arzulayan deputat bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərildiyini, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Dövlət başçısının təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür. Odur ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli, yenilməz etmək üçün siz – yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız.
“Sizin bu uğurunuzda oxuduğunuz orta təhsil müəssisələrinizin, müəllimləriniz və valideynlərinizin də xüsusi zəhməti danılmazdır. Fürsətdən istifadə edib onların hər birinə təşəkkür edirəm”-deyə deputat diqqətə çatdırıb. 
Əmirova Nailə və valideyinləri səmimi qəbul, diqqət və qayğı üçün minnətdarlıqlarını bildirib, bundan sonrakı fəaliyyətində də ona bəslənən ümidləri doğruldacağına söz verib. Tələbəyə təşəkkür məktubu, hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

AzTimes.az


Abunəlik