Deputat vətəndaşların problemləri ilə maraqlandı -FOTOLAR

Baxılıb:245
Deputat   vətəndaşların problemləri ilə maraqlandı -FOTOLAR

AzTimes.az xəbər verir ki, 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynova 1 sentyabr 2022-ci il tarixində  Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib. Görüşdə vətəndaşların ödənişsiz hüquqi yardım almasını təmin etmək məqsədi ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mirzəyev Vüsal iştirak etmiş və vətəndaşların mülki, əmək, sosial təminat və s. sahələri üzrə müraciətlərinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmişdir.
Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti aidiyyatı üzrə öz həllini tapıb. Qazilər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdilər. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.


Abunəlik