Qardaşəli “qəhrəmanlıq” edib, cəzası veriləcək?

Baxılıb:171
Qardaşəli “qəhrəmanlıq” edib, cəzası veriləcək?

Masallı rayon Qəriblər kəndindəki “İsti Su”yun tərkibində fəaliyyət göstərən “Ailə sevinci” sanatoriyası var.

Sanatoriya arvadının adına sənədləşsə də rəhbəri Qəriblər kənd sakini Qardaşəli Allahyarovdur. Həmin Qardaşəli ki vaxtilə Cənub bölgəsinin “igidləri”ndən biri sayılan əmisi oğlu narkobaron Xudayar İmamyarovla əl-ələ verib Masallı meşələrinə “qan uddurdu”lar. Həmin Qardaşəli ki Qəriblər kəndinin bələdiyyə sədri olarkən “İsti su” sanatoriyasının direktoru doğma qardaşı İldırım Allahyarovun barəsində yığdığı kompromatları başqalarının vasitəsiylə ora – bura ötürürdü. Dünən “Ailə sevinci” sanatoriyasında dava-dalaş olub. Qardaşəli Allahyarov oğlanları Baloğlan və İmamyar, həmçinin, yaxın qohumları Hüseyn və Kənan Mehdiyev qardaşlları ilə birlikdə 4 qazini ailələrinin gözləri qarşısında döyüblər. Nəticədə qazilər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Bunu 7GÜN TV-yə hadisə şahidləri deyib.

Şahidlər bildirirlər ki, qaziləri ağır vəziyyətdə xəstəxanaya aparıblar.

Bu nə biabırçılıqdır? Qardaşəli Allahyarov, sən və əshabələrin qazilərə əl qaldıranda utanmadızmı? Sən, qohumların və övladların evlərində ayaqlarını uzadıb rahat-rahat yatanda həmin qazilər düşmənlə döyüşürdülər. Canları, qanları hesabına torpaqlarımızı işğaldan azad edirdilər. Əslində bu hərəkətinizə görə siz ən sərt şəkildə cəzalandırılmalısız. Sizə heç bir güzəşt olunmamalıdır.

“Qara-qura” satıb milyonlara sahib olmusuz. Qəriblər ərazisində neçə ailəyə nifaq salıbsız. Elə anlayırsız ki, istədiyiniz hərəkəti edə bilərsiz?! Səni tanıyanlar bilir ki, bu həyatda heç vaxt düzgün yaşamadın. Qəriblər kəndində belə nüfuzun yoxdur. Bütün bunlar öz yerində. Ancaq bu gün söhbət sənin qazilərə əl qaldırmağından gedir. Bunun bədəlini ödəyəcəksən. Deyirlər ki, itin “yalı” artıq olanda sahibinə diş qıcırdır. Görünür, sizin pulunuz artıq düşüb, Qardaşəli !..


Abunəlik