Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR – VİDEO

Baxılıb:342
Birinci Qarabağ müharibəsi əlillərinə SEVİNDİRİCİ XƏBƏR – VİDEO

13 mindən artıq I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmələr verilib. Ödəmələrin ümumi məbləği 80 milyon manat təşkil edir.

Bunu DSMF-nin idarə heyəti sədrinin müavini  Zəka Mirzəyev   bildirib.

Birdəfəlik ödəməni almaq üçün müraciət edən şəxslərin diqqət etməli olduğu məqamlar var. Belə ki, yalnız 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular dəstək proqramından yararlana bilər.

1997-ci ildən sonra müharibədə xəsarət alan şəxslərə isə o halda ödənişlər verilir ki, onların vaxtilə aldıqları məbləğ bu günkü birdəfəlik ödəmə üçün müəyyən edilən müvafiq məbləğlərdən aşağı olsun.

Birdəfəlik ödəməni almağa hüququ çatan 13 min şəxsdən 571-i artıq dünyasını dəyişib. Bu səbəbdən ödəmələr onların vərəsələrinə verilib.

Qeyd edək ki, birdəfəlik ödəmələrin verilməsi prosesi növbəti 2-3 ay ərzində tam başa çatacaq.

Xəzər Xəbər


Abunəlik