Masallı DYP- də “fenomenal” beyinlər-FOTO

Baxılıb:409

17.08.2022- ci il tarixdə, Masallı rayon, Ərkivan qəsəbə sakini Eynullayev Araz Əmənullah oğlu yerli DYP- nin Ruslan adlı əməkdaşı tərəfindən qanunsuz olaraq idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına etiraz olaraq media vasitəsi ilə DİN rəhbərliyinə müraciət edir.
Müraciətdən dərhal sonra adı çəkilən DYP əməkdaşları problemin həllini yazını şikayətçisini zərərsizləşdirmək haqqında düşünürlər. Uzun cəhdlərdən sonra Masallı DYP- nin “fenomenal” zəkaya malik rəhbərliyi belə qərara gəlir ki, bu problemin həlli üçün şikayətçiyə cərimə yazaq və yazırlar da. Ancaq cərimənin yazılma tarixi ilə maşının saxlanma tarixi arasında dörd gün fərq olur. Düzdü o “fenomenal” beyinlər düşünmürlər ki, bu yazılan cərimənin görüntülərini istəsələr necə olacaq?! Görünən odur ki, həmin “fenomenlər” görüntünü də, tarixi də dəyişməyi düşünüblər.
Sayt olaraq BDYP-dən məsələyə aydınlıq gətirməyə cəhd edəcəyik.
Görünür Masallı DYP- nin rəisi və bəzi əməkdaşları son dövürlər DİN- nin rəhbərliyi tərəfindən polis orqanlarında aparılan islahatlardan xəbərsizdirlər. DİN mətbuat xidməti AzTimes.az-ın məsələ ilə bağlı sorğusuna cavab verməkdən yayınıb.

AzTimes.az


Abunəlik