Göyçayda Torpaqlar Qazılaraq Bu Kərpic Zavoda Daşınır – VİDEO FAKT
Azerinfo.az xəbər informasiya agentliyinə etibarlı mənbədən daxil olan məlumata görə, Göyçay rayonunun Qarabaqqal kəndi ərazisinin paybəlli, örüş və s. torpaqları qeyri-qanuni qazılaraq “kamaz” markalı maşınlarla “İftixar” MMC Ali kərpic zavod və digər vətəndaşlara satılır.
Qarşıı tərəfin mövqeyin öyrənmək üçün 8 saylı Regional Ekologoya və Təbii Sərvətlər Idarəsinin rəisi Tofiq müəllimlə əlaqə saxlayıb ona bir neçə sual da ünvanladlq.
Tofiq müəllim, siz bu sahəyə yad bir kadr və bura İcra Hakimiyyətindən gəlmisiniz. Yəgin ki, sizin xəbəriniz var, olmamış olmaz,
sizin ərazilərdə torpaqlar qazılıb kərpiczavod və ayr-ayrı vətəndaşlara satılır, quşlar qeyri-qanuni ovlanır, çay yataqları qazılır, dövlət meşə fondu torpaqları zəbt olunur və orada əkinlər salınır?…
Sizdən öncə 8 saylı Regional İdarənin rəisi təcrübəli, mütəxəssis 11 saylı Regional İdarədən gəlmiş Rafiq adlı şəxs işləyirdi.
O da bələdiyyə sədri ilə birləşərək torpaqları qazdırıb satdırırdı. Sonra onu bu cür işlərə görə tutduğu vəzifədən uzaqlaşdırdılar.
Tofiq isə bizə bildirdi ki, mən sizə heç bir məlumat və açıqlama verə bilmərəm. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat şöbəsi var və orayla əlaqə saxlayın və onlar sizə bu barədə məlumat verəcək.
Biz dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat şöbəsinin rəisi İradə xanımla əlaqə saxlamışıq. Amma çox təəssüflər olsun ki, o isə hər dəfə “gah məzunətdəyəm, gah bülletendəyəm, gah göndərin şikayət araşdırma aparıb sizə cavab verərik”- bildirir.
Ekologiya Nazirliyi Mətbuat şöbəsi haradan bilir ki, hansı yerdə torpaq qazılır və s. Bu iş birbaşa yerli Ekologiya İdarələrinin işləridir.
P.S. Aldığımız məlumata görə, sözügedən kərpic zavodda işçilər əməyin mühafizəsinə riayət etmir, yəni qoruyucu geyim və kaskalardan istifadə etmir, işçilərin əksəriyyəti qeydiyyata alınmır, vergidən yayınır və s.
Xahiş edirik Baş Prokurorluq, Dövlət Əmək Müfəttişliyi Xidməti və Fövqalada Hallar Nazirliyi sözügedən kərpiczavodu nəzarət götürüb orada yoxlama keçirdib və bu barədə bizə də məlumat versinlər
Qarşı tərəfi dinləməyə hazırıq