Azərbaycanda başlarına bit dərmanı vuran qızlar zəhərləndi – Vəziyyətləri ağırdır
Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.
2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən “Niastol” adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.