Növbəti Şahmat Olimpiadasının keçiriləcəyi ölkə AÇIQLANDI
2026-ci il Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlanıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər verir ki, nüfuzlu yarış 4 ildən sonra Özbəkistanda keçiriləcək.
Bununla bağlı qərar FIDE-nin 44-cü Konqresində qəbul olunub.
Qeyd edək ki, Özbəkistan ilk dəfə Şahmat Olimpiadasına ev sahibliyi edəcək.