Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi oldu
Azərbaycan Mərkəzi Bankının (AMB) “İnzibati departament”inin adı “İnzibati və satınalmalar departamenti”nə dəyişdirilib.
Bu barədə qurumdan bildirilib.
Bundan başqa, həmin departamentə rəhbərlik edən Murad İsgəndərli vəzifəsindən azad edilib, onun yerinə Fərhad Vəliyev təyin olunub.
Yeni direktor bundan əvvəl AMB-nin sədrinin müşaviri işləyib. O, tənzimləyici quruma “PAŞA Bank” ASC-dən gətirilib.