Meymunçiçəyinin əlamətləri hansılardır? – TƏBİB məlumat yaydı
Dünyanın bir çox ölkəsində yayılmış meymunçiçəyi xəstəliyinin əsas əlamətləri açıqlanıb.
Bu əlamətlərə baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.
Meymunçiçəyi xəstəliyinə yoluxduğunu düşünənlərə həkimlə əlaqə saxlamaq tövsiyə olunur: “Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin. Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın”.
TƏBİB