Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA

Baxılıb:191
Ermənistandan itkilərlə bağlı YENİ AÇIQLAMA

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Bu barədə separatçı rejimin “səhiyyə naziri” Mikael Ayryan erməni mətbuatına açıqlamasında bildirib.

“4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

qafqazinfo


Abunəlik