“TikTok”da Aysuna qarşı dələduzluq edildi
Müğənni Aysun İsmayılovaya qarşı “TikTok”da dələduzluq edilib.
Bu barədə ifaçının özü məlumat verib.
A. İsmayılova bildirib ki, canlı yayımda istifadə olunan jetonlardan satan bir istifadəçi 120 manatını ələ keçirib:
““TikTok”da jeton satan fırıldaq, səni biabır edəcəyəm. Sən yaxşı yerə ilişməmisən. Söhbət məbləğdən getmir. Dünən bu … bizdən jeton adı ilə 120 manat pul alıb, indi nə jeton var, nə də özü. Elə bilirsən ki, səni tapa bilmərik?”.