Azərbaycanda bu şəxslərə avqust ayından pul ödəniləcək
“Avqust ayının ilk günlərində ölkə ərazisində biçin tamamlanacaq. Bu, əsasən buğda və arpaya aiddir. Avqustun ikinci yarısında zərər ödənişlərinin həyata keçirilməsinə başlayacağıq”.
Bu barədə yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov danışıb.
O bildirib ki, artıq 500-ə yaxın fermerə 1,5 milyon manat ödəniş təsdiqini tapıb və proses davam edir.
İTV