Ölmüş körpənin xəstəxanadan qaçırılmasından öncə içəridə nələr baş verib? – ANBAAN GÖRÜNTÜLƏR
İki gündür sosial şəbəkələrdə 26 günlük uşağın ailənin razılığı olmadan xəstəxanadan qaçırılması haqda iddialar yayılıb.
Avtomobil ilə ikisi tibb işçisi olmaqla 3 nəfər ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəyib. Məsələ ilə bağlı uşağın atası iddia edir ki, həkimlər körpənin meyitini xəstəxanadan qaçırırdılar.
Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Körpənin atası Sərxan Dadayev avtomobilin qarşısını kəsərək meyitin xəstəxananın həyətindən çıxarılmasına mane olub.
Valideynlər iddia edirlər ki, uşağın meyiti onların icazəsi olmadan yarılmaq məqsədilə xəstəxanadan çıxarılıb.
Doğum evindən isə xəstəxanada uşağın ekspertizaya göndərilmək üçün çıxarıldığı bildirilib.
Xəzərxəbər.az hadisənin yeni görüntülərini əldə edib.
oxu.az
Daha ətraflı süjetdə: