Goronboylu direktor: “Mənə deyirlər kollektivdən pul yığ gətir…” – ŞOK SƏSYAZISI

Baxılıb:336
Goronboylu direktor: “Mənə deyirlər kollektivdən pul yığ gətir…” – ŞOK SƏSYAZISI

Goranboy rayonunun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun pul yığmı ilə bağlı səs yazısı yayılıb.

Aztimes.az KanalS.az-a istinadən xəbər verir ki, məktəb direktoru Ə.Bağırov müəllim kollektivini yığıb iclas keçirərək onlara bildirib ki, “rayondan mənə deyirlər ki, get, kollektivdən pul yığ gətir. Əgər gətirməsən məktəbə təftiş üçün komissiya göndərəcəyik”. Bu sözlər sözügedən məktəbin direkotrunun səs yazısında deyilir.

Məktəb direktoru həm də kollektivə deyir ki, “fikirdən gecələr yata bilmirəm. Çıxılmaz vəziyyətdə qalmışam. Hətta gecə saat 2:00 idi, həyat yoldaşım mənə bildirdi ki, niyə gəlib yatmırsan nə fikirləşirsən?

Mən yenə sizə təkrar edirəm ki, əgər komissiya gəlsə, mən öz çulumu evimi satmalı olsam da belə, sudan birtəhər çıxaracam”.

Hesab edirik ki, Goranboy rayonunun Səmədabad kənd tam orta məktəbinin direktoru Ələşrəf Bağırovun iddia edildiyi bu səs yazısı araşdırılacaq və və məsələyə hüquqi qiymət veriləcək.

Səsləndirilən iddialarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Həmin səs yazısını təqdim edirik:


Abunəlik