Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi

Baxılıb:288
Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi

Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

Bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:

“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.

Oxu.Az


Abunəlik