“Müsahibəni müsahiblə mübahisəyə çevirmək olmaz!”-Jurnalist AYBƏNİZ Abdulova

Baxılıb:306
“Müsahibəni müsahiblə mübahisəyə çevirmək olmaz!”-Jurnalist AYBƏNİZ Abdulova

Hamının bildiyi və hər kəsin görə bilmədiyi Aybəniz kimdir?!

22 İyul Azərbaycan Jurnalistkasının təməlinin qoyulduğu gündür.

Bəli, məhz bu gün  147  il əvvəl böyük maarifçi-publisist, ictimai xadim və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin misilsiz səyləri nəticəsində 1875-ci il iyulun 22-də işıq üzü görmüş, ilk milli qəzetimiz olan “Əkinçi” xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsi kimi mədəni tariximizdə silinməz izlər qoymuş və xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan- qəzet və jurnal fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün -22 İyul “Milli Mətbuat” və “Jurnalistka günü” kimi qeyd olunmağa başladı

Mövqelərini ildən-ilə möhkəmləndirən Milli mətbuatımızın 147 ildönümü ilə əlaqədar böyük qürur və sevinc hissi ilə deyə bilərəm ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Belə ki, Ümummilli Liderimiz ölkə mətbuatının qüsurlarını, problemlərini hər zaman açıq şəkildə bildirərək, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı.
Qeyd etdiyim ki, Azərbaycan milli mətbuatının  147 ildönümü yenidən anadilli jurnalistikamızın dünənini göz önünə gətirir.
Əslində, buna özümü məcbur etməmişəm ya da ki, qarşıma xüsusi məqsəd qoymamışam. Sadəcə mən də belə alındı…
Orta məktəbin yuxarı sinifində oxuyanda, məni bir sual daha çox düşündürürdü….

Hansı peşəni seçməli?
-Mən isə elə bir sənət, elə peşə seçməliydim ki, həm özümün bu peşəyə sevgim, məhəbbətim olsun, həm də seçəcəyim peşəm xalqıma, dövlətimə və onun vətəndaşlarına xeyir verə bilsin.
Bunu xüsusi vurğulamaq istərdim ki, bütün sənət və peşələrimiz şərəflidir. Çünki, sənətin pisi olmur, sənətkarın qeyri-peşəkarlığı ola bilər.
Elə bil dünən olmuşdu, o an elə düşünürdüm … böyümərəm. Yaxşı yaddımdadır, məktəbə getməklə, ana-ata, Vətən sözlərini yazmağı-çıxmanı, vurmanı və bölməni öyrəndim.
Müəllimizin tapşırığı ilə sərbəst inşa yazırdıq. Kimi müəllim, kimi həkim, kimi polis olacağını yazmışdı. Mən isə böyüyəndə jurnalist olacağam, deyə cızmaqara etmişdim. Böyüdüm və məhz jurnalistdə oldum.

Taleyimi Azərbaycan Nəşriyyatına, mətbuata, qəzetçiliyə, radio və televiziyaya bağladım. Məqalələrim çap olundu. Oxuyanda oldu və oxumayanda. Ən tələbkar oxucum, elə özüm oldum.

Jurnalistika həyatımın ayrılmaz hissəsinə çevirilib. Hətta, müəyyən səbəblərlə bağlı bir dəfə bu sahədən bir müddət ayrılmaq istədim və getdim.
Amma sonra anladım ki, başqa bir sahədə işləyə bilmərəm və yenidən mətbuata qayıtdım. Bəlkə də hansısa bir sahədə özümü göstərə bilərdim. Lakin, Jurnalistkaya olan sevgim, məni başqa sahəyə getməyə qoymadı.

Qeyd etdiyim kimi “Həyatım dəyişsə də peşəm jurnalistdir.”

Hərdən yazmağa tələsmirəm. Sanki, ömürümün çoxu qalıb. Jurnalistkada yazmaq sevgimin bir hissəsi olduğundan, bəzən isə elə istirahət bilmədən böyük istək və yanğı ilə yazıram. Sanki, ömürüm bu gün və ya sabahlığdır.
Zaman hər şeyin göstəricisidir. Ömrümün sonunadək mətbuatda qalacam, desəm… bəlkə də bir-iki il sonra yanıla bilərəm. Hesab edirəm ki, olanları öz axarına buraxmaq lazımdır.

Mən, həmişə müsahibə üçün yaxınlaşacağım müsahiblərimin mükəmməl anlayışlı və möhkəm xarakterli olmağını istəmişəm. Çünki, mükəmməl müsahibin verdiyi müsahibə də mükəmməl olaraq, oxucuya yararlıdır.

Bunu xüsusi olaraq qeyd edim ki: “Müsahibəni müsahiblə mübahisəyə çevirmək olmaz!”
Hesab edirəm ki, peşəkar jurnalistin həmkarlarından fərqi ondadır ki, o həmişə öz qarşısına, digər media nümayəndələrinin ağlına gələ bilməyən fərqli olan sualları  qoyur. 

Onu da bildirim ki, “jurnalist” dedikdə, ilk növbədə reportyor, yəni- yenilikləri operativ şəkildə redaksiyaya çatdıran şəxs nəzərdə tutulur. Ona görə də jurnalistə imtiyaz yox, zəng edəndə ona məlumat vermək lazımdır.
Mediada tanıdıqlarımın çoxunun yeri cəhənnəmlikdir. Belə ki, xalqın qarşısına çıxmağa üzü olmayan, bəzi həmkarlarım var ki, televiziya ekranlarından tez-tez boylanır. Səsləri efirdən kəsilmir ki, kəsilmir.

Belə ki, açırsan televiziyanı baxırsan aparcılıq qabilliyyətləri yoxdur ki, xalqa təqdim edəcəyi maarifləndirici verlişləri də olsun. Yalnız şəxsi həyatlarını reklam edərək, insanların gözündə gündəmdə qalırlar.
Belə insanlar yalnız müəyyən bir vaxta kimi öndədir. Ondan sonra onlar unudularaq yaddan çıxacaqlar. Həmin həmkarlarıma məsləhətim yaxşı olar ki, indiki gənclərə və gələcək nəsillərə öz şəxsi həyatları ilə deyil, əksinə gördükləri yeni yaradıcı işləri ilə yadda qalsınlar.
Onu da bildirim ki, mediamızın dövlət yardımı olmadan yaşaması yollarının araşdırılmasına ciddi ehtiyacı var. Bu gün mətbuatımızın qorunması dövlətimizin üzərindədir.

Təkcə, bu faktı qeyd etmək kifayətdir ki, əgər dövlət vəsait ayırmasa, heç bir qəzet və jurnal fəaliyyət göstərə bilməz. Ölkə prezidentimiz cənab İlham Əliyev sağ olsun ki, verdiyi göstərişə əsasən mətbuata hər il davamlı qayğı və xüsusi diqqət yetirilir.
Nəticə etibarı ilə deyə bilərəm ki, bu gün Azərbaycanda 400-dən çox jurnalist həmkarlarım cənab prezidentimizin fərmanına əsasən mənzilə təmin olunub. Gələcək də bu siyasətin davam etdirilməsi bizim üçün də nəzərdə tutulub.

Mən jurnalistəm, mətbuata həyatımın mənası kimi baxıram. Jurnalist olmasaydım hər kəslə dost olub, aldanardım. Nöqsanları yazmaq və araşdırmalar aparmaq mənim vəzifə borcum olduğundan, jurnalist həmkarlarımı da hər zaman dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən yazmağa çağırıram.
Onu da bildirim ki, jurnalistika təhqir və şantaj meydanı deyil!

Cənab Prezidentimizin sözü ilə desəm… “Mən hər bir dövlət qulluqçusundan, və digər səlahiyyətli vəzifə rəhbərlərindən tələb edirəm ki, xalqı incitməsinlər, onları narahat edən problemləri aradan qaldırsınlar!”
Biz bilir ki, bu gün ölkəmizdə kifayət qədər problem var. Sosial qayğıya ehtiyacı olan minlərcə vətəndaşlarımız var. Biz jurnalistlərin vəzifəsi bu kimi problemləri ictimaiyyətləşdirmək dövlət qurumlarının diqqətini buna cəlb etməkdir.
Ölkə prezidentimiz Cənab İlham Əliyev məhz, bu baxımdan jurnalistləri ən yaxın dostu hesab etmişdir. Mətbuatın və biz jurnalistlərin üzərimizə düşən əsas vəzifələrimizdən biri də cəmiyyətin informasiya təminatı ilə bağlıdır.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, mətbuat bütün dünyada “dördüncü hakimiyyət” adlandırılır. Hesab edirəm ki, yazısına görə jurnalisti həbs etdirmək, jurnalisti iş başında təhqir etmək ən ağır cinayət olmaqla, yanaşı cənab Prezidentimizin siyasətinə qarşı çıxmaq deməkdir.

Ona görə də mən bundan sonra da yazacam. Əgər mən düzəmsə vəzifəsindən asılı olmayaraq, kimsə məni və qələmimi sındıra bilməz!
Çünki, dövlət hər bir jurnalistini qoruyur. Siyasi mövqeyindən asılı olmayaraq, onun təhlükəsizliyini təmin edir.

Bugünki Azərbaycan mətbuatında bəzi “Şərəfsizlər” (dırnaqarası jurnalistlər) hələ də aramızda qalmaqdadır. Belə şəxslər öndə gedən insanların fəaliyyətinə hər zaman öz çirkin əməlləri ilə kölgə salmaq istəyirlər. Bəzən də buna nail olurlar. Çünki, eyni təşkilatda çalışırlar və bu da ümumilikdə peşəmizin adına ləkə gətirmiş olur.

Azərbaycan jurnalisti vətənpərvər jurnalistdir.

Baxmayaraq ki, onun sosial qayğıları çoxdur. Qeyd etdiyim kimi jurnalist o şəxsdir ki, dövlətimizin, millətimizin maraqlarına hər zaman xidmət edərək, şərəfli bir işlə məşğul olmasının fərqindədir.
Bu məqamı da xüsusi qeyd etmək lazımdır ki, hər bir jurnalist eyni zamanda sizin kimi bir sadə Azərbaycan vətəndaşıdır. Onun hərəkətində də hansısa qanunsuzluq ola bilər.
Jurnalist olduğum üçün həmişə arzulamışam ki, heç bir həmkarım həbsxanaya düşməsin. Bu gün həbsdə olan hər bir jurnalist cəmiyyətimizdə kifayət qədər tanınan qələm sahibi olduğundan düşünürəm ki, qanun qarşısında öz cəzasının müəyyən hissəsini çəkdiyindən onun azadlığa çıxması daha məqsədə uyğundur.

Əslində həyatımız heç bir yazıçı tərəfindən yazılmamış bir hekayədir.
Biz özümüz xatirələrimizin arxivini vərəqləsək də sonuncu səhifəsini vərəqləyə bilimirik.
Onu başqaları vərəqləyir. Məhz , bu vərəqdə oxucuya ona görə verilir.
Qorxaq insanlar yazmaz yazanlar jurnalistlərdir.

Mən də yazıram… Jurnalistəmmi görəsən?
Ara-sıra olur… Jurnalist olaraq, o qədər fərqli yaşayıram ki, o qədər bol hekayəli həyatım var ki, mənim… Bəzən özüm belə şok oluram.


Jurnalistka peşəsi Allahın mənim ömürümə yazdığı yazı imiş. İndi həmin yazını yaşayıram. Çünki, bu gün nə əldə etmişəmsə, nə qazanmışamsa, sevilmişəmsə, sevilməmişəmsə, özümə bu gün əminəmsə, inamlı addım ata bilirəmsə, bunun hamısı jurnalistkada qazandığım böyük təcrübəmin nəticəsidir.
Mətbuatda sevilməklə bərabər həmkarlarım tərəfindən nifrətlə də qarşılanıram. Mənə nifrət edirlər. Mən isə bu nifrətdən enerji alıram. Çünki, nifrət edənlərin məni idarə etməsinə icazə vermirəm.

Bu günə kimi çox çətin imtahanlardan keçdim.
Qınaq obyekti olmağıma və tənqidlərə baxmayaraq, heç kimin fikri, məni hədəfə gedən yolumdan döndərə bilmədi.
Həyat davam edir. Günü-gündən düşmənlərim çoxalsa da mən zövq alıram. Öz işimlə öz sənətimlə. Allahıma çox şükürlər olsun! Bu gün hörmət qazanmışam ki, hər kəs mənim yanımdadır. Hələ qabaqda atacağım böyük imzalarım var.

Jurnalist kimi vəzifəsindən asılı olmayaraq, istər Prezident, istər Nazirlərlə, Rayon İcra Başçıları ilə həmçinin yüksək siyasi statuslu nazirlərlə, dövlət nümayəndələri ilə müsahibə götürərkən, aramızda heç bir fərq hiss etmədən jurnalist olmağımla qürur duymuşam. Yuxarı vəzifə sahiblərinin öz rəhbərləri ilə qorxa-qorxa danışdıqları təqdirdə mən isə vəzifəsindən asılı olmayaraq, hər zaman hər bir kəsə haqlı sözümü deməyi bacarmaqla jurnalistkada olmağımla fəxr etmişəm.

Tanıdığım jurnalistlərin əksəriyəti ikiüzlüdürlər. Kameralara işləyənlər efirdə beş sözdən artıq danışa bilmirlər. Kameraya işləmirəm. Efirdə necəyəmsə, həyatda da eləyəm.Ən çox sevdiyim sənətim olan jurnalistkaya göstərdiyim xidmət nəticəsində topladığım bilikləri cəmiyyətə nümayiş etdirmək mənim iş prinsipimdir.
Jurnalistkada olan vəzifəsindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələri ilə münasibətdə ola bilirəm, mən xəbərin mənbəyindəyəm. Dünyanın tam ortasındayam, hamını görürəm və hamıda məni görür.

Həyata yenidən gəlmək şansım olsaydı, yenə də jurnalist olmaq istəyərdim. Haqqında ən çox danışılan, ən çox tənqid hədəflərinə düçar olan, ən çox xəyalı qurulan və ən çox qısqanılan sənət olan jurnalistka həm peşə, həm də elmdir.

Yaxşı jurnalist olmağın yolu düşünürəm ki, daimi olaraq, öz üzərində işləməkdən keçir. Peşəkar jurnalist təhsilinin və elmi araşdırmaların əsası ilk olaraq Bakı Dövlət Universitetində qoyulmuşdur. Bu peşəyə arzusu olan şəxs gərək, gecəsini- gündüzünə haram qatsın, əziyyət çəksin, oxusun əlindən kitab düşməsin.

Jurnalistkanın indiki durumunu heç bir perespektiv olmadığını görəndə isə yadıma keçmiş günlərimi, uşaqlıq illərimi xatırlayaraq…
-Çox istəmişəm kaş ki, atam-anam mənim jurnalistkada gizli fəaliyyətimi biləndə bu peşəni seçdiyimdə əlini hökümlə stolun üstünə vuraraq, olmaz deyib qadağa qoyardı fəaliyyətimə.
Deyərdi ki: “Mən seçdiyim peşəni seçməlisən!” -Amma çox təəssüflər olsun ki, o günlərə və o, illərə qayıtmaq üçün zamanı geriyə qaytara bilmərəm. Çünki, uçmaq üçün sehirli xalatım yoxdur.


Mən hesab edirəm ki, dünyada elə bir sənət tapa bilməzsən ki, o jurnalist kimi hər bir insana lazım olsun. Mən öz peşəmi çox sevirəm. Bacardığım iş varsa, o da jurnalistkadır. Başqa iş əlimdən gəlmir. Bu peşəni də seçməyimdə də peşman da deyiləm.

Unutmaq olmaz ki, Bakıda və dünyada baş verən hadisələrdən ekskuliziv xəbərləri operativ, qərəzsiz olaraq, yalnız jurnalistlər cəmiyyətimizə çatdırmış olur.
Biz də öz növbəmizdə  inanırıq ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq, mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistka prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.

Bu bayram günündə azad sözün, müstəqil fikrin ölkəmizdə inkişafı üçün, həyatlarını risqə ataraq, ölümdən belə qorxmadan peşəsinə vicdanla yanaşan, həmçinin bu gün sıralarımızda olmayan jurnalistlərə dərin ehtiramımı bildirirəm.

Eyni zamanda ümüdvar olduğumu bildirirəm ki, bu gün məhbəs həyatı yaşayan jurnalistlərimiz tezliklə bəraət qazanaraq, öz azadlıqlarına qovuşacaq və azad sözün verdiyi imkanlardan bundan sonra da yararlana biləcəklər.

Sonda  Şəxsən  öz  adımdan   ilk öncə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovu, Media İnkişaf Agentliyinin icraçı direktoru  Əhməd İsmayılovu, Azərbaycan Jurnalistlər Birliyinin  sədri Elçin Şıxlı və rəhbərliyimiz olmaqla, bütün media həmkarlarımı Azərbaycan milli mətbuatının 147  ildönümü münasibətilə təbrik edib, hər birinə möhkəm cansağlığı və ən səmimi arzularımı ifadə etməklə bahəm, Vətən, Millət və Ali dəyərlər uğrunda şərəfli peşələrində bundan sonra da müvəffəqiyyətlər diləyirəm.

Qələmimiz iti, sözümüz qüdrətli və kəsərli olsun, Əziz media həmkarlarım!

Aparıcı sözdən ötrü girməz cibə,
Fikir verər quruluşa və tərtibə.
Alır dəqiq-qərəzsiz müsahibə,
Heç zaman sizə dəyməsin göz xanım…
Xüsusi müxbirimiz Aybəniz xanım!

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar,

Araşdırmaçı  jurnalist  Aybəniz Abdulova.


Abunəlik