Bakıda faciəli şəkildə ölən bacılar vəzifəli şəxsin övladları imiş
Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.
Hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.
Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
Report