Bakıda 19 yaşlı oğlan qız şəkillərindən istifadə edərək başqalarına hədə-qorxu gəldi
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.