Dünya çempionumuz ABŞ-da finala çıxdı – FOTO

Baxılıb:194
Dünya çempionumuz ABŞ-da finala çıxdı – FOTO

Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında finala çıxıb.

Aztimes.az  Oxu.Az-a istinadən xəbər verir ki, +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanmışdı.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.


Abunəlik