Sabah Qaxda möhtəşəm tədbir olacaq-MƏLUMAT

Baxılıb:175
Sabah Qaxda möhtəşəm tədbir olacaq-MƏLUMAT

AzTimes.az xəbər verir ki, 14 iyul 2022-ci il tarixində saat 10:00-da Qax Olimpiya İdman Kompleksində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan qızlar arasında (170 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçiriləcəkdir. Ustad dərslərini şahmat üzrə Azərbaycanın beynəlxalq qrossmeysterləri Aynur Sofiyeva və Zeynəb Məmmədyarova keçirəcəklər.
Tədbir qızlar arasında intellektual oyunlara marağın təşviqi, analitik düşünmə qabliyyətinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıyır.


Abunəlik