Azərbaycanda kütləvi dava qətillə bitdi – VİDEO

Baxılıb:111
Azərbaycanda kütləvi dava qətillə bitdi – VİDEO

Tovuz rayonunda kütləvi dava qanla bitib. Gənclər, aralarındakı narazılığa bıçağa əl atmaqla son qoyublar.

Aztimes.az  Xezerxeber-ə istinadla xəbər verir ki, dava zamanı tərəflər bir-birlərinə bıçaq zərbələri endiriblər.

Nəticədə 35 yaşlı Anar Tağıyev, 39 yaşlı Vüsal Əhmədov və 35 yaşlı Nizami Vəliyev bıçaqlanıblar. Nizami Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda həyatları üçün təhlükə yoxdur.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Abunəlik