Ukrayna vətəndaşlığını almaq istəyənlər imtahan verəcəklər
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna vətəndaşlığını almaq üçün məcburi imtahanın tətbiqi ilə bağlı göstəriş verib.
İmtahana Ukraynanın dövlət dilini, tarixini və Konstitusiyanın əsaslarını bilmək daxildir.
Bu barədə ölkənin Baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanır.
UNİAN