Azərbaycanda ağır yol QƏZASI – ölən var

Baxılıb:167
Azərbaycanda ağır yol QƏZASI – ölən var

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Aztimes.az  “Report”a istinadən xəbhər verir ki, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Abunəlik