Millət vəkili şəhid kompleksinin açılışında iştirak etdi -FOTOLAR

Baxılıb:164
Millət vəkili şəhid kompleksinin açılışında iştirak etdi -FOTOLAR

Ötən gün millət vəkili Tamam Cəfərova 44 günlük Vətən müharibəsində şəhid olmuş nur üzlü şəhidlərimiz Zahir Manafov və Tərlan Amanalıyevin xatirə kompleksinin açılışında iştirak edib.

Təbdirdə Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezident, Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq bu misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, şəhidlərimizin  əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırmışdır.Milli Məclisin deputatı Tamam xanım Cəfərova çıxışında Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək, Şanlı Zəfər tarixini yazan Vətən oğullarının əziz xatirəsinin daima qəlblərdə yaşayacağını bildirdi.   Şəhidlərin ailə üzvləri çıxışlarında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi.Daha sonra Şamaxı Cümə Məscidində şəhid Zahir Manafov və Tərlan Amanalıyevin xatirəsi ehtiramla anılıb, onların ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.


Abunəlik