Teymur Mərdanoğludan çarəsiz ananı ictimailəşdirən şəxslərə TƏŞƏKKÜR

Baxılıb:509
Teymur Mərdanoğludan çarəsiz ananı ictimailəşdirən şəxslərə  TƏŞƏKKÜR

AzTimes.az xəbər verir ki, Ailə Qadın və Uşaq Komitəsinin məsul əməkdaşlarından olan Teymur Mərdanoğlu ötən gün Sumqayıtda çarəsiz qalan ana və uşaqları barədə şəxsi Facebook hesabında paylaşım edib.

“Gecə saatlarında uşaqları ilə birlikdə çarəsiz,parkda əyləşən xanımın vəziyyətindən narahat olan hər kəsə, təşəkkürümü bildirirəm.
Qeyd edim ki,hazırda xanım və uşaqları öz evlərində təhlükəsiz vəziyyətdədirlər.Yaxın dəqiqələrdə onlar müayinə üçün, Sumqayıt uşaq xəstəxanasına yerləşdiriləcək.Daha sonra aidiyyətı üzrə bütün tədbirlər görüləcək.
Məsələ aidiyyətı Dövlət qrumlarının diqqətindədir.
Qeyd edim ki,ailə başçısı içi düşkünü olduğundan, sərxoş vəziyyətdə, yoldaşına zorakılıq tətbiq edib,xanım da uşaqlarını götürüb evdən çıxmışdı.Elə, gecə saatlarında #Polis xanımın və uşaqların təhlükəsizliyini təmin etmişdir.
Artıq ailə başçısı polisə dəvət olunub.Onun barəsində müvafiq tədbir görüləcək.”


Abunəlik