Emil- Ozal qardaşları kimdir?”Əli Həsənovun mediaya gətirdiyi…”
Jurnalist Zaur Qənbərov sfera.az saytının redaktoru Emil Məmmədov və qardaşı Ozal Məmmədovun keçmişindən yazıb
“Bu maliyyə ayrılan saytlar arasında sfera.az saytı da var. Öncə “təbrik” edirəm.
Emil və Ozal Məmmədovlara məxsusdur. Emil tək sfera.az saytı ilə yekunlaşmayıb. O, sfera.az saytı ilə bərabər gundem.az saytının, kiv24.az layihəsinin rəhbəridir. Eynilə, rusdilli novosti.az saytı açıb(domeni alıb) və ona dövlətdən ayda 25 min manat ayrılacağı vəd edilib. Lakin, rus dilində bir söz belə bilmir. Adam soyadında qoşa m hərfi olduğunu spn vaxtlar bilib. Qaldı ki, rus dilini bilsin.
Adam 4 rəhbər vəzifəni dayışır. Emil və onun qardaşının heç bir ali təhsilləri yoxdur. Təzəlikcə Ukraynada distant təhsil alırdılar. Onu da Rusiya-Ukrayna müharibəsi yarımçıq qoydu. Təxmini 10 ildən çoxdur ki, mətbuatda fəaliyyət göstərirlər. İmzaları olan bir yazıları belə yoxdur. Jurnalistdirlər amma yazmırlar. Bir ara Əli Həsənovun müxalifət əleyhinə yazdığı yazıları Emilin imzası ilə dərc edirdilər.
Emil açmadığı qapı yoxdur.
- mediaya ilkin addımlarını ann.az-ın binasında oxranalıqla(mühafizəçiliklə) başladı.
- ilk olaraq “qələmi” müxalifətlə sınadı. Emin Millini təbliğ edir, Azadlıq Qəzetinə dəstək olurdu. Sonradan onlara qənim kəsildi. Bərk hoqqalar da verdi.
- həmin dönəmlərdə Əli Kərimli tərəfdən ortaya mövqe qoymağa çalışırdı. Hafiz Hacıyevin “Əli Kərimli Əbülfəz Elçibəyi öldürdüyünə görə aldığı pulla Londonda iqamətgah aldı” fikirinə görə, Emil Hafiz Hacıyevə açıq formada p*ysər deyirdi.
- o ərəfələrdə Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadənin azadliq..org saytında dərc olunan şeirləri ilə yatıb dururdu.
- bir dönəm Ata Abdullayev ilə işlədi. Ata Abdullayevin yiyəsi Emilə qəşəng maliyyə verirdi. Bu sevda sona qədər baş tutmadı.
- sonradan nurçuları, fetoçuları təbliğ etdi. Bu da bitən sevdalar siyahısına daxil edildi.
- hətta, Emil bir vaxtlar aksiyalarda polis kimi də iştirak edirdi. Sonradan ləğv elədi.
- sonda Əli Həsənovu tapdı. Bu ilişki bir az uzun sürdü. Ta ki, Əli Həsənov vəzifədən azad edilənə kimi. Emilin ən bərkgedən vaxtları Əli Həsənovla birlikdə oldu. Yasamal icra hakimiyyətinin yaxınlığında yerləşən və Əli Həsənova məxsusu Beynəlxalq Mətbuat Mərkəzində Emilə möhtəşəm ofis və mətbu avadanlıqlar verildi. Həmin vaxt Emil jurnalist kimi “yazmağa” başladı. Əli Həsənov yazırdı. Emil Məmmədov imzası ilə gedirdi. Əli Həsənov Emilə yaxşı maliyyə verirdi. Hara xərcləndiyini belə soruşmurdu. Hətta, Həsənovun tapşırığı ilə banklar da Emilin saytına reklam verirdi. Hara xərcləndiyini sonda yazacam. Ə.Həsənov vəzifədən gedəndə ona arxadan təpik vuran ilk adam Emil Məmmədov oldu.
- illər sonra p*ysər dediyi Hafiz Hacıyev əlaqə yaratdı və onun Əli Həsənova qarşı olan tənqidi fikirlərini dərc edirdi. H.Hacıyevin fikirlərinə “Əli Həsənovun maskası cırıldı” başlığı yazırdı. Ramiz Mehdiyevin zamanında onun şəninə tərif yağdırırdı, vəzifədən gedəndən sonra onu 5-ci kalon adlandırdı.
- bir müddət YAP-dan olan deputat Elman Nəsirovla isinişdilər. Alınmadı.
- sonra ağuş axtarışına çıxan Emil Fərhad Əhmədovu tapdı. F.Əhmədov bu media “kapitan”ına ayda 15 min manat ayırır. Amma hara xərclədiyini sorğu-sual edir. Emilin işçilərinə hər ayda F.Əhmədovun adamı imza çəkdirir və maaşılarını verir. Bir sözlə, Əli Həsənovun vaxtındakı kimi pulun təyinatsız danışması minimuma endirilib.
- ən son olaraq Medianın İnkişafı Agentliyi də Emilin saytına maliyyə ayrır.
Hazırda Emilə ayda 15 min manat Fərhad Əhmədov maliyyə ayırır, üstəgəl Medianən inkişaf Agnetliyi. Onun ofisi World Business Center-in 6 mərtəbəsində yerləşir. Həmin mərtəbə “VİP mərtəbə” adlanır. İcarə haqqı 5 min manatdan başlayır.
Emil Məmmədov yığdığı maliyyə hesabına Göyçayda bir neçə mağaza açıb. AA seriyalı nömrə alıb. Bir neçə bahalı maşın alıb. Bakıda bir neçə yerdə ev alıb. Sağlığına qismət.
Hətta, jurnalistlər binasında ev almaq davası da döyürdü. Kimsə qulağından tutub dedi ki, ora jurnalistlər üçündür. Sən “yazarsan”.
Əziz media nümayəndələri, hardansa haqlı maliyyə almaq davanız əbəsdir. Sadəcə Emil qədər “fədakar” olmağı bacarın.
P.S. Yazılanların video və fotofaktları aşağıdakılardır.”
Zaur Qənbərov AzTimes.az