Sentyabrda bu sahələrdə qapanmalar ola bilər – AÇIQLAMA
“Əslində sentyabrda qapanmaların olacağı barədə iddialar bir ehtimaldır. Çünki payız aylarında adətən soyuqdəymə xəstəlikləri artır”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professorun sözlərinə görə, reallıq budur ki, hazırda mutasiyanın yaratdığı bu dalğa artarsa, sentyabrda müəyyən qapanmalara gedilə bilər:
“Bu ilk növbədə kütləvi tədbirlərə aid olacaq. Bu qapanmanın mahiyyəti təmasları azaltmaq olacaq. Hesab edirəm ki, toylar, yaslar və kütləvi tədbirlərlə bağlı qapanma tədbirləri görülə bilər”.