Kişilərin DİQQƏTİNƏ: Atalıq məzuniyyəti haqqında YENİ QƏRAR

Baxılıb:130
Kişilərin DİQQƏTİNƏ: Atalıq məzuniyyəti haqqında YENİ QƏRAR

Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, işləyən qadınlara uşaq dünyaya gətirən zaman doğum öncəsi və sonrası məzuniyyət verilir. Ümumilikdə 126 təqvim gününü əhatə edən məzuniyyət müddətində qadının məvacibi ona tam ödənilir. Əlbətdə qanunvericilik ana olmağa hazırlaşanlara güzəşt edir. Amma bu güzəşt təkcə analara yox, yeni ata olan kişilərə də verilir.

ATV-nin “ATV Səhər” proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Belə ki, Dövlət Əmək Müfəttişliyinin mətbuat katibi Aynur Osmanqızının sözlərinə görə, əmək hüquqlarının tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır:

“Əmək Məcəlləsinin müxtəlif mövzuları ilə bağlı təkliflərimiz var. Məzuniyyətlər bölməsi ilə bağlı olan təkliflərdən biri isə, atalıq məzuniyyətidir. Əmək Məcəlləsinin 130-cu maddəsi, işçilərin öz xahişi ilə götürdükləri ödənişsiz məzuniyyət hissəsindən bəhs edir. Həmin məzuniyyətlərdən biri də kişilərin həyat yoldaşları doğum ərəfəsində olduğu müddətdə 14 gün ödənişsiz məzuniyyət götürmək hüququnu verir”.

Mətbuat Katibi onu da əlavə edib ki, əvvəl atalıq məzuniyyəti götürən şəxsin aylıq məvacibindən pul çıxılırdı. Lakin yeni qanuna əsasən işçinin maaşı tam ödəniləcək:

“125-ci maddəyə əlavə edilməsi üçün təklif etmişik ki, dəyişikliklər qəbul olunduqdan sonra, artıq atalar 14 gün ödənişli məzuniyyətə çıxa biləcəklər. Həmin məzuniyyətin ödənilməsi üçün, həmin dövrdən əvvəlki 12 ayda işçinin aldığı hər ay üçün əmək haqqısı ümumi hesablanır, aylıq və günlük əməkhaqqı miqdarı çıxarılır və neçə gün məzuniyyət götürürsə, o bir günə olan əməkhaqqı həmin günlərə vurulur və işçiyə ödənilir”.

Təbii ki, atalıq məzuniyyətinin ödənilməsi gənc ailələrə böyük dəstəkdir. Ata namizədlərinə isə hələ ki həmin qərarı gözləmək qalır.


Abunəlik