Avtomobilini yolda təmir edən şəxs iki maşın arasında qalaraq ÖLDÜ

Baxılıb:229
Avtomobilini yolda təmir edən şəxs iki maşın arasında qalaraq ÖLDÜ

Goranboyda yol qəzası olub.

Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb.

50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini yolda təmir edir.

Nəqliyyat vasitəsinin arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.

Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

APA


Abunəlik