907-ci düzəliş LƏĞV EDİLDİ
ABŞ Prezidenti Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı 907-ci düzəlişi bu il də ləğv edib.
AzTimes.az xəbər verir ki, bu barədə bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.
1992-ci ildə qəbul edilən 907-ci düzəliş 2002-ci ildən etibarən hər il ləğv edilir.
ANCA-nın icraçı direktoru Aram Hamparyan iddia edir ki, 2002-ci ildən indiyə qədər aBŞ Azərbaycana 800 milyon dollardan çox yardım edib.
“Milli Konqres 907-ci düzəlişin qüvvədə qalması üçün ABŞ Senatı və Nümayəndələr Palatasının rəhbərliyi ilə işləməyə davam edəcək”, – deyə Hamparyan Baydenin qərarına etiraz edib.
Qeyd edək ki, 44 günlük müharibədən sonra ABŞ-ın Ermənistana hər il ayırdığı maliyyə yardımı da azalıb. O cümlədən, əvvəlki illərdən fərqli olaraq, 2023-cü il dövlət büdcəsində Qarabağa maliyyə yardımının ayrılması nəzərdə tutulmur.