Millət vəkili problemli seçicilərlə görüşdü – FOTOLAR

Baxılıb:240
Millət vəkili problemli  seçicilərlə görüşdü – FOTOLAR

AzTimes.az xəbər verir ki, Milli Məclisinin deputatı Tamam Cəfərova vətəndaşların müraciətlərinə operativ baxılmasını təmin etmək məqsədilə Şamaxı rayonunda növbəti səyyar vətəndaş qəbulu keçirmişdir. Rayonun Keçməddin kənd sakinlərinin sosial şəbəkədən etdikləri müraciətə həssaslıqla yanaşan millət vəkili kənd sakinlərinin problemlərini yerində araşdırmışdır. Keçməddin kənd sakinlərinin başlıca problemi odur ki, sel sularının əmələ gətirdiyi enli yargan kəndin ərazini 2 hissəyə bölüb və evlərin bir hissəsinin kənd yoluna çıxışı bağlanıb. Kənddə əsas problemlərdən biri də elektrik dirəklərinin və kabellərinin qəzalı vəziyyətdə olmasıdır.


Kənd sakinlərinin müraciətləri qeydə alınmış, milllət vəkili Tamam Cəfərova tərəfindən mövcud vəziyyətlə əlaqədar aidiyyatı qurumlar qarşısında qanunvericiliyin tələblərinə uyğun şəkildə məsələ qaldırılacağı bildirilmişdir.
Vətəndaşlarla görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov, rayonun Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak etmişdir.


Abunəlik