Azəriqaz İB vətəndaşı necə QAZlayır?- ŞİKAYƏT

Baxılıb:290
Azəriqaz İB vətəndaşı necə QAZlayır?- ŞİKAYƏT

4 aydır “Azəriqaz” başımıza oyun açır. Atam artıq ötən gün məcbur qalıb Dövlət Başçısına məktub yazıb.

Deməli, bizim evdə 2018-ci ildə qoyulan SMART kartla işləyən sayğacı bu il, yəni 2022-ci ilin fevralın 28-də bütün məhəlləni qaz sayğacları dəyişəndə yeniləyiblər. Bu vaxt məlum olub ki, guya bizim SMART kartla işləyən sayğacımız öz-özünə 1185 manat artıq qaz işlədib. Mən qurum əməkdaşlarına: “Sayğac kartla işləyir, yəni nə yükləmisən onu da sərf edir, əks halda bloka düşür. Bu necə ola bilər?”, – deyə soruşanda cavab təxminən belə oldu. İstəsəniz də, istəməsəniz də BUDUR! Bundan sonra qurumun ayr-ayrı şəxsləri ilə əlaqə yaradıb sualıma cavab almağa çalışdım ki, hər ay mütəmadi olaraq balansına qaz yüklənən SMART tipli sayğacda bu necə ola bilər? Sualıma məntiqli bir cavab verən tapa bilmədim.

Qurum əməkdaşlarından soruşuram ki, tutaq ki, siz bank kartınızda olan 100 manat pulla alış-veriş edisiniz, amma bank siz zəng edib deyir ki, hörmətli müştəri, siz kartdakı puldan 200 manat da artıq xərcləmisiniz, bizdə sistemdə belə göstərir. Gətirin pulu qaytarın. SİZCƏ, BELƏ BİR ŞEY Ola bilərmi?

Ya da 5 manatlıq danışıq kartından istifadə etdikdən sonra mobil operator sizə yığıb deyir ki, siz bu kartla 5 yox 15 manat danışmısınız. Klapan açıq qalıb, sərfiyyat çox olub. SİZCƏ, BELƏ BİR ŞEY MÜMKÜNDÜRMÜ?
Azəriqaz İB deyir ki, MÜMKÜNDÜR?

Qurumun əməkdaşlarından soruşuram ki, bu sayğacı bura Azəriqaz qoyub, əgər iddia etdiyiniz kimi sayğac nasaz idisə, sizin quraşdırdığınız nasaz sayğaca görə niyə vətəndaş əziyyət çəkməlidir?

Yaxud 2018-ci ildən qoyulan sayğacda problem var idisə, qurum bunu niyə vaxtında deyil, 4 il sonra, bütün məhəllənin sayğacı dəyişəndə “aşkar” edir. Bu qədər vaxtda hara baxırdınız?

Əlqərəz, o gündən bu günə kimi qurumdan danışmadığım, müraciət etmədiyim adam qalmayıb. Bir Ruslan Aliyev qalıb onun da, yəqin ki, bu statusdan sonra məlumatı olacaq.

Bu gün çox təəssüf ki, Azərbaycanda yaşayan elə bir insan yoxdur ki, onun sayğaclarla bağlı dramatik bir hekayəsi olmasın. Baxmayaraq ki, bu gün ölkəmizdə məmur vətəndaş münasibətlərində neqativ hallara yol verilməsin deyə ən müasir texnolgiyalar tətbiq olunur. Bununla yanaşı bəzi qurumlar və məmurlar müasir texnolgiyalardan belə öz məqsədləri üçün sui-istifadə etməyi bacarırlar.

İnanın ki, adi sayğac məsələsi ilə bağlı atamın cənab Prezidentə ünvanladığı məktuba görə şəxsən öz adımdan çox xəcalət çəkirəm. Dövlət başçısı bu qədər ağır iş jerimində ölkə yüklü məsələlərin həllini bir kənara qoyub ağacı kəsib yeridə parkinq tikilməsi məsələsini nəzarətə götürdüyü kimi vətəndaşların sayğac problemini də həll edəcəksə, onda o qurumlar və məmurlar niyə və nə üçün var?

Xəyal Orucoğlu AzTimes.az


Abunəlik