Ofis işçilərinə XƏBƏRDARLIQ: Əgər 8 saat oturursunuzsa…

Baxılıb:199
Ofis işçilərinə XƏBƏRDARLIQ: Əgər 8 saat oturursunuzsa…

Gündə 8 saat oturmaq infarkt riskini artırır.

Aztimes.az  xarici mediaya istinadən xəbər verir ki, Çin alimlərinin 21 ölkədən 100 min insanla apardığı araşdırmada gündə 8 saatdan çox oturan insanların infarkt keçirmə riskinin çox daha yüksək olduğu ortaya çıxıb.

Alimlər müəyyən ediblər ki, gündə 8 saatdan çox oturmaq ürək xəstəliyi riskini 50% artırır. Təhlükəli nəticələr verən araşdırmada infarkt keçirmə ehtimalının 20% olduğu bildirilib.

Mütəxəssislər vaxtaşırı idman etmənin və stuldan qalxmağın riski azaldacağını açıqlayıb.

Araşdırmada 8 saatdan çox oturduğu yerdən qalxmayanların infarkt və ya insult keçirmə riskinin 20% olduğu, ürək çatışmazlığı nisbətinin isə oturanlara nisbətən 49% daha yüksək olduğu bildirilib.


Abunəlik