Məlumatları düşmənə ötürməmək üçün feyk çat-botu təyin edən servis yaradıldı
Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi çat-botların sınaqdan keçirilməsi üçün prosesinə başlayıb.
Bu əməliyyatı “dovidka.info” saytından etmək mümkündür.
“Düşmən psevdo-botlar və ya ikili botlar yarada bilər ki, onlar vasitəsilə dezinformasiya yaya və ya məlumatlarınızı əldə edə bilər”, – deyə departament xəbərdarlıq edir.
Botçekerin köməyilə “Telegram”da düşmən texnikasının hərəkəti barədə məlumat verən botları yoxlamaq, fövqəladə hallarda necə hərəkət etmək barədə məsləhətlər almaq və s. mümkündür.
Çat-botu iki kliklə yoxlamaq olar:
Sayta giriş edilir;
Axtarışa yoxlanması lazım olan botun adı daxil edilir.
Əgər bot verilənlər bazasında yoxdursa, bu barədə kiberpolisə məlumat vermək olar.
Mənbə: Life.pravda.com.ua