Dolları bahalaşdıracaq qərar AÇIQLANDI
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb.
Qurum ABŞ dolları üzrə faiz dərəcələrini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.
Qeyd edək ki, FED ABŞ-da Mərkəzi Bank funksiyasını yerinə yetirir. Dollar üzrə faiz dərəcələrinə gəlincə isə bu, faktiki olaraq dolların dəyərini müəyyənləşdirir.