Dünyanın ən bahalı şəhərləri məlum oldu

Baxılıb:156
Dünyanın ən bahalı şəhərləri məlum oldu

2022-ci ildə milyarderlər üçün dünyanın ən bahalı şəhərləri Şanxay, London və Taybey olub.

Bu qənaətə İsveçrə özəl bankı “Julius Baer”in analitikləri “Qlobal Sərvət və Həyat Tərzi Hesabatı 2022” hesabatını hazırlayarkən gəliblər.

Ekspertlər qeyd ediblər ki, Şanxay artıq ikinci ildir ki, sözügedən reytinqə başçılıq edir. London isə Tokionu ikinci pilləni tutub. Üç – beşinci yerlərdə üç Asiya metropolisi – Taybey, Honq Konq və Sinqapur qərarlaşıb.

Həmçinin, ilk onluğa Monako, Sürix, Tokio, Sidney və Paris də daxil olub. Nyu York isə 11-ci yerdə möhkəmlənib.

Mənbə: lenta.ru


Abunəlik