Poklonskayaya yeni vəzifə verildi

Baxılıb:791
Poklonskayaya yeni vəzifə verildi

Nataliya Poklonskaya Rusiyanın Baş prokuroru İqor Krasnovun müşaviri vəzifəsinə təyin olunub.

Bu barədə məlumatı Poklonskaya öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, sosial şəbəkə hesablarının istifadəsini və ictimai fəaliyyətini dayandırır.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 13-ü Nataliya Poklonskayanı ölkənin Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbərinin müavini vəzifəsindən azad edib. Putin N. Poklonskayanı cari ilin fevral ayında Kabo-Verdedəki səfir vəzifəsindən azad edərək bu vəzifəyə təyin etmişdi.

Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.


Abunəlik